İki vəkillə bağlı şikayət əsasında cinayət işi başlanıb - FOTO
Hadisə
198
18:40, Bu gün

İki vəkillə bağlı şikayət əsasında cinayət işi başlanıb - FOTO

Vəkillər Cavidan Osmanlı və Ceyhun Yusifovla bağlı edilən şikayət əsasında fakt üzrə cinayət işi başlanılıb.

Moderator.az APA-ya istinadən xəbər verir ki, zərərçəkən Aygün Məhərrəmova dələduzluğa məruz qalması iddiası ilə Nərimanov Rayon Polis İdarəsinə müraciət edib.

İki vəkillə bağlı şikayət əsasında cinayət işi başlanıb - FOTO

Fotoda Ceyhun Yusifov

İddiaya görə, o, ötən ilin iyul ayında Bakı şəhər 5 saylı Vəkil Bürosunun vəkili Ceyhun Yusifovun ofisinə gedərək onunla görüşüb. C.Yusifov onu evlə bağlı apellyasiya məhkəməsində davam edən işində hüquqlarını müdafiə etməsi üçün vəkil Cavidan Osmanlı ilə tanış edib.

İki vəkillə bağlı şikayət əsasında cinayət işi başlanıb - FOTO

Fotoda Cavidan Osmanlı

İddia olunub ki, C.Osmanlı A.Məhərrəmovaya məxsus mənzilin Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə qaytarılacağı vədini verərək ondan 21 200 manat pul alıb və ona məhkəmənin adından saxta icra vərəqəsi təqdim edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama) maddəsi ilə cinyət işi başlanılıb.

Qeyd edək ki, ötən ilin sentyabrında vəkil Cavidan Osmanlıdan edilən şikayət üzrə Pirallahı Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İttihama görə, o, 10-a yaxın şəxsə işə bərpa etməklə bağlı sənəd hazırlayıb məhkəməyə müraciət edəcəyini bildirərək vəd verib. Lakin vədinə əməl etməyib. O, zərərçəkənlərdən xeyli miqdarda pul alıb, dələduzluq etməkdə şübhəli bilinib.

Link kopyalandı!
Son xəbərlər