DYP Masallıda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yaydı
Hadisə
190
10:46, Bu gün

DYP Masallıda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yaydı

Masallı rayonunda sürücülük hüququ olmayan gəncin törətdiyi yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
 
Bu barədə Moderator.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
 
Məlumata görə, Kənan Rufullayevə məxsus “Mercedes” markalı avtomobilin sükanı arxasına keçən Orxan Zamanov gecə saat 02:00 radələrində yaşadıqları Mahmudavar kəndi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək daş hasara çırpılıb.
 
Hadisə nəticəsində 21 yaşlı gənc aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə etməyi ona həvalə edən Kənan Rufullayev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
 
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, nəqliyyat vasitəsinin sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi, eləcə də avtomobilin belə şəxslərə etibar edilməsi yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, çox vaxt ağır və geri dönüşü olmayan nəticələrə səbəb olur.
 
Sürücülərdən və nəqliyyat vasitəsi sahiblərindən tələb olunur ki, bu kimi məsuliyyətsiz davranışlardan çəkinərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına qoymasınlar.
 
Link kopyalandı!
Son xəbərlər