Ağsuda dələduzluq edən şəxs saxlanıldı
Hadisə
228
12:50, Bu gün

Ağsuda dələduzluq edən şəxs saxlanıldı

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən 31 yaşlı Xəyalə Kərimova saxlanılıb.
 
Moderator.az xəbər verir ki, o, zərərçəkmişlərə özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edib və əvvəlcədən ödəniş etmələri müqabilində həmin şəxsləri sosial müavinət, eləcə də güzəştli mənzillə təmin edəcəyinə dair yalan vədlər verib.
 
Bu üsulla X.Kərimova 8 min manatdan artıq pul əldə edib.
 
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
 
 
Link kopyalandı!
Son xəbərlər