Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlandı
Hadisə
988
08 Mar 2026 | 14:40

Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlandı

Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlanıb.

Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhərində "Energetiklər" adlanan yaşayış massivində qeydə alınıb.

Meyiti aşkarlanan şəxsin Naxçıvan Muxtar Respublikası sakini olduğu və şəhərdə yerləşən N saylı hərbi hissədə xidmətdən artıq hərbi qulluqçu (MAXE) kimi xidmət etdiyi bildirilir.

İlkin məlumata görə, yaşayış binasının 4-cü mərtəbəsində meyiti tapılan şəxs həmin ünvanda kirayədə yaşayırmış. Onun üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib.

Faktla bağlı araşdırma başlanılıb, ölüm səbəbi dəqiqləşdirilir.

Link kopyalandı!
Son xəbərlər