Azərbaycan səfirliyinin avtomobili Moskvada qəzaya düşüb
Hadisə
346
07 Mar 2026 | 23:18

Azərbaycan səfirliyinin avtomobili Moskvada qəzaya düşüb

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan səfirliyinə məxsus avtomobil qəzaya düşüb.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, martın 7-də, yerli vaxtla saat 17 radələrində Moskvada yerləşən "Columbus" ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə əməl olunmayıb və bu zaman əsas yolla gələn avtomobil səfirliyin diplomatik nömrəli avtomobilinə arxadan dəyib.

"Avtomobil inersiya nəticəsində "Prajskaya" metro stansiyasının çıxışının giriş qapılarının birinə dəyib. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılıb. Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almayıb. Avtomobili diplomatın həyat yoldaşı idarə edib", - məlumatda deyilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər