Metroda cibgirlik edən şəxs saxlanılıb
Hadisə
377
18:40, Bu gün

Metroda cibgirlik edən şəxs saxlanılıb

Martın 4-də metro stansiyalarının birində oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən məlumata görə, bir qadın polisə müraciət edərək qatarda olarkən çantasından sənəd, kartlar olan pul kisəsi və mobil telefonunun oğurlandığını bildirib.

Metropolitendə Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı E.Qasımov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər