Oğuzda mədəniyyət evi yandı
Hadisə
381
13:42, Bu gün

Oğuzda mədəniyyət evi yandı

Oğuzda mədəniyyət evində yanğın baş verib.
 
Hadisə bu gün səhər saatlarında rayonun Qarabulaq kənd mədəniyyət evində qeydə alınıb. Yanğın yerinə Oğuz rayon DYMH-nin yanğınsöndürənləri cəlb olunub.
 
Yanğın zamanı ümumi sahəsi 280 k/m-lik inzibati binanın üç otağının yanar konstruksiyaları və dam örtüyünün 280 k/m sahəsi tamamilə yanıb.
 
Yanğın zamanı xəsarət alan olmayıb. /Qafqazinfo.az/
 
Link kopyalandı!
Son xəbərlər