Bakıda təmizlik idarəsinin maşını qadını vurub öldürdü
Hadisə
172
13:24, Bu gün

Bakıda təmizlik idarəsinin maşını qadını vurub öldürdü

Bakıda Kommunal Təmizlik Birliyinə məxsus yük maşını piyadanı vurub.
 
Moderator.az-ın məlumatına görə, hadisə Xətai rayonu, Gəncə prospektində baş verib.
 
Bakı şəhər sakini 67 yaşlı Təhməz Firudin oğlu Səfərov idarə etdiyi adı çəkilən idarəyə məxsus “QAZ-53” markalı avtomobillə yolu keçən 27 yaşlı Ayşən Mehman qızı Osmanovanı vurub. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər