Bir maşından sökdüklərini digərinə yığan ustalar SAXLANILDI
Hadisə
578
12:34, Bu gün

Bir maşından sökdüklərini digərinə yığan ustalar SAXLANILDI

Sumqayıtda bir avtomobildən oğurladıqları ehtiyat hissələri ilə digər maşını təmir edən ustalar saxlanılıb.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
 
Bildirilib ki, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Q.Rəcəbov və 22 yaşlı A.Quliyev müəyyən edilərək saxlanılıblar.
 
Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobil ustaları olduqlarına görə zərərçəkən nəqliyyat vasitəsini onların yanına təmir məqsədi ilə gətirib. Onlar isə maşının ehtiyat hissələrini talayaraq digər avtomobillərin təmirində istifadə ediblər.
 
Araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər