Samuxda qadın bıçaqlandı - Oğlu saxlanıldı
Hadisə
245
09:30, Bu gün

Samuxda qadın bıçaqlandı - Oğlu saxlanıldı

Samuxda qadın bıçaqlanıb.
 
Moderator.az xəbər verir ki, hadisə Əhmədbəyli kəndində qeydə alınıb.
 
Belə ki, 1980-ci il təvəllüdlü E.Ələkbərova ailə münaqişəsi zəminində bıçaq xəsarəti alıb.
 
Zərərçəkən xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Hadisəni törətməkdə isə E.Ələkbərovanın oğlu, 2005-ci il təvəllüdlü R.Ələkbərov şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Hadisənin səbəbi hələ məlum deyil.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər