Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub
Hadisə
423
06 Mar 2026 | 18:57

Bakı, Sumqayıt, Qax və Samuxda yaşıllıqlara 63 min manatdan çox ziyan vurulub

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Qax və Samux rayonlarının ərazisində yaşıllıqlara 63 min manatdan çox ziyan vurulduğu müəyyən edilib.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi, Səbail rayonu Teymur Elçin küçəsi 8(36) ünvanında, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi S.Bəhlulzadə küçəsində, Sumqayıt şəhəri 48-ci məhəllə ərazisində, Qax rayonu Kiçik Alatəmir və Samux rayonu Salahlı kəndləri ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 63 170 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Link kopyalandı!
Son xəbərlər