02:38
7°C
Bakı
Gəncədə xarici şirkətlərdən birinin rəhbəri vəfat edib.
Moderator.az-ın Bizim.Media-ya istinadən məlumatına görə, hadisə şəhərin Gülüstan qəsəbəsində yaşayış massivindəki binalardan birində baş verib.
Türkiyə Respublikasının vətəndaşı olan 1986-cı il təvəllüdlü Mustafa Karabelanın yaşadığı evdə meyiti tapılıb.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib. İlkin versiyaya görə, 40 yaşlı iş adamı ürək tutmasından dünyasını dəyişib. Mərhum Gəncə şəhərində avtomobil yollarının asfaltlanması işlərini həyata keçirən şirkətlərdən birinin Azərbaycandakı filialının rəhbəri olub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.