İranın Naxçıvana dron hücumunda xəsarət alanlardan üçü evə buraxılıb
Hadisə
152
22:35, Bu gün

İranın Naxçıvana dron hücumunda xəsarət alanlardan üçü evə buraxılıb

İranın Naxçıvan Muxtar Respublikasına dron hücumu zamanı xəsarət alan şəxslərdən üçü evə buraxılıb.

Moderator.az xəbər verir ki, yaralılardan üçünün vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicə üçün evə göndərilib.

Xəsarət alanlardan birinin – Əsəd Cəfərovun müalicəsi isə xəstəxanada davam etdirilir. Onun həkim nəzarətində olduğu bildirilir.

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 4 nəfər xəsarət alıb.

Link kopyalandı!
Son xəbərlər