Gürcüstandan və Türkiyədən gətirilən toxumluq kartofda bakteriya aşkarlandı
Hadisə
404
18:20, Bu gün

Gürcüstandan və Türkiyədən gətirilən toxumluq kartofda bakteriya aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən nəzarət tədbirləri çərçivəsində "ROSTA M" MMC-nin Gürcüstandan idxal etdiyi 48 750 kq və fiziki şəxs Sanıyev Xəyyam Əsəd oğlunun Türkiyədən idxal etdiyi 24 800 kq toxumluq kartof məhsuluna baxış keçirilib.

Moderator.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Yoxlama zamanı götürülən nümunələrin laborator müayinəsi nəticəsində karantin tətbiq edilən kartof yumrularında halqavari bakterial çürümə aşkarlanıb.

Məhsul partiyaları gömrük ərazisinin hüdudlarından kənara çıxarılma və ya utilizasiya barədə qərar qəbul edilərək məhv olunub.

Link kopyalandı!
Son xəbərlər