Bakının 9-cu mikrorayon ərazisində yerləşən “Millennium” Şadlıq Sarayının arxa hissəsində qoyulmuş zibil konteynerlərinin vaxtında boşaldılmaması ciddi narazılığa səbəb olub.
Moderator.az-ın məlumatına görə, məsələni gündəmə gətirən müğənni Rəşid Mikayıl sosial şəbəkə hesabında paylaşdığı video ilə ərazidə yaranmış acınacaqlı mənzərəni nümayiş etdirib. İfaçı bildirib ki, tullantılar artıq konteynerlərdən daşaraq ətrafa yayılıb, ərazidə kəskin üfunət qoxusu yaranıb və sakinlər üçün narahatlıq doğurur.
Müğənni mövcud vəziyyətlə bağlı videoda bu sözləri deyib:
"Binəqədi Rayon İcra Hakimiyyəti, bu nə biabırçılıqdır? Niyə biz zibil qoxusu ilə nəfəs almalıyıq? Deməli, şadlıq evi işləməsə, siz gəlib buranı təmizləməyəcəksiniz? 9-cu mikrorayon, "Boll Mart" marketinin binasıdır. Bizim də evimiz zibilxanaya baxır. Bura zibilxanadır. Siz burada yaşaya bilərsinizmi? Bu da "Millennium Şadlıq Evi"dir".
Sözügedən görüntüləri təqdim edirik: