Bakıda məşhur restoran SÖKÜLƏCƏK - Qaz xəttinin üzərində tikilibmiş
Hadisə
334
17:58, Bu gün

Bakıda məşhur restoran SÖKÜLƏCƏK - Qaz xəttinin üzərində tikilibmiş

Bakı şəhərinin Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən "Xan Bağı" restoranı söküləcək.

Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, bununla bağlı "Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub.

Bildirilir ki, restoranın bir hissəsi "Azəriqaz" İB-nin Nizami Qaz İstismarı Sahəsinə məxsus orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının üzərinə düşüb.

Məhkəmə "Azəriqaz"ın tələbini əsaslı sayaraq sözügedən restoranın sökülməsi ilə bağlı qərar qəbul edib.

Qərara əsasən, fiziki şəxs Namiq Xankişi oğlu Qaybalıyevə məxsus "Xan bağı" restoranı sahibkarın öz hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır.

Namiq Qaybalıyevin məhkəmə qərarından narazı qaldığı bildirilir.

Link kopyalandı!
Son xəbərlər