22:06
8°C
Bakı
Cəlilabad şəhərinin Azərbaycan küçəsində fəaliyyət göstərən "MM" marketdə yoxlama aparılıb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi açıqlama yayıb.
Bildirilib ki, marketdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib:
"Belə ki, yararlılıq müddəti bitmiş qida məhsulları və alkoqolsuz içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb.
Məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib, sahibkar barəsində inzibati protokol tərtib olunub".