19:18
6°C
Bakı
Abşeronda mağazadan meyit tapılıb.
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Novxanı kəndində qeydə alınıb.
Kənd sakini, 1962-ci il təvəllüdlü İsrail Əli oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti özünə məxsus mağazada aşkar edilib.
Ölümün səbəbi hələlik məlum deyil.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.