Komandir məzuniyyətə gəldi, əməllərindən bezdiyi əmisini bıçaqladı
Hadisə
204
17:47, Bu gün

Komandir məzuniyyətə gəldi, əməllərindən bezdiyi əmisini bıçaqladı

Qubada 26 yaşlı zabit məzuniyyət vaxtı əmisini öldürməyə cəhd edib.

Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə ilə bağlı məhkəmə araşdırması başa çatıb.

İş materiallarında yazılıb ki, N saylı hərbi hissədə bölük komandiri kimi xidmət edən 26 yaşlı Z.Seyidməmmədov məzuniyyətdə olduğu müddətdə cinayət törədib. Baş leytenant Qımıl-Qışlaq kəndindəki evlərində olduğu vaxt əmisi L.Seyidməmmədovla dəfələrlə mübahisə edib. Mübahisələrin səbəbi isə əmisinin hərəkətləri olub.

İttihamda qeyd olunur ki, zərərçəkmiş şəxs tüfeyli həyat tərzi keçirib, evə sərxoş vəziyyətdə gələrək həyat yoldaşına və anasına qarşı kobud davranıb. Baş verənlərlə bağlı xəbərlər kənddə də yayıldığı üçün ailənin nüfuzuna xələl gəlib.

Sonuncu mübahisə də zabitin əmisi sərxoş vəziyyətdə olarkən baş verib. Həmin dava zamanı hisslərini cilovlaya bilməyən hərbçi əmisinə bıçaqla bir neçə zərbə vurub. Ailə üzvlərinin müdaxiləsi nəticəsində daha ağır cinayətin qarşısı alınıb: L.Seyidməmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub.

Komandir məhkəmədə özünü təqsirli bilib. O, əmisinin əməllərindən bezdiyini, ailəsinə qarşı kobud davranışı, spirtli içkiyə aludəçilik və başqa vərdişlərinə görə onu vurduğunu deyib. Zərərçəkmiş əmi isə onu öldürmək istəyən qardaşı oğlundan şikayətçi olmayıb. O, hazırda Z.Seyidməmmədovla barışdığını deyərək hakimdən qardaşı oğlunun həbs edilməməsini istəyib.

Bakı Hərbi Məhkəməsində Zaur Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası verilmiş ittihamların kifayət qədər dəlil və sübutlar, şahid ifadələri ilə təsdiq olunduğunu bəyan ediblər.

Hökmə əsasən, Z.Seyidməmmədov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Link kopyalandı!
Son xəbərlər