Bizi sosial şəbəkələrdən izləyin:
Siyəzən rayonunda avtomobil su kanalına aşıb.
Moderator.az xəbər verir ki, hadisə martın 1-də Alxanlı kəndinin ərazisində qeydə alınıb.
Şabran rayon sakini 1954-cü il təvəllüdlü Feyruz Qasımovun idarə etdiyi VAZ-2107 markalı, 10 MU 248 nömrəli maşın yolun kənarındakı su kanalına düşüb.
Hadisənin sürücünün sükan arxasında infarkt keçirməsi səbəbindən baş verdiyi bildirilir.
Araşdırma aparılır.