Hacıqabulda ağır qəza: vətəndaş belə xilas edildi - VİDEO
Hadisə
160
22:48, Bu gün

Hacıqabulda ağır qəza: vətəndaş belə xilas edildi - VİDEO

Hacıqabul rayonunun Nəvai kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verib.

Moderator.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilib ki, qəza nəticəsində vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “FORD” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı dəmir səddə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və avtomobilin sərnişinin deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan vətəndaş, Nuriyev Murad Yasəf oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər