15:53
6°C
Bakı
Lənkəranın Nərimanabad qəsəbə sakini 1974-cü il təvəllüdlü Ağadadaş Maarif oğlu Əliyevi elektrik cərəyanı vurub.
Moderator.az-ın məlumatına görə hadisə Liman şəhəri ərazisində baş verib.
Belə ki, hadisə onun transformatorun yerləşdiyi əraziyə daxil olarkən baş verib. Ağır yanıq xəsarətləri alan A.Əliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə hospitalizasiya olunub.
İlkin yardım göstərilib. Vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.