14:45
5°C
Bakı
Paytaxtın Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, rayon sakininə məxsus VAZ-2106 avtomobilindən 2 800 manat nağd pul və maqnitofon oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı O.Soltanov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.