Salyanda partlamamış mərmi aşkarlanıb
Hadisə
53
14:07, Bu gün

Salyanda partlamamış mərmi aşkarlanıb

Salyan rayonunun Xıdırlı kəndində partlamamış mərmi aşkarlanıb.

Moderator.az-ın məlumatına görə, mərmini Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Şirvan su kanalının sahilində tapıblar.

Sursatın tapıldığı yerin ətrafında əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb. Mərmi təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb və aidiyyatı üzrə təhvil verilib.

Araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər