Biləsuvarda 5 kq narkotik vasitə aşkarlanıb
Hadisə
35
09:30, Bu gün

Biləsuvarda 5 kq narkotik vasitə aşkarlanıb

Biləsuvar rayonunda yerləşən Cəbrayıl şəhərciyində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib.

DİN-in Mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, tədbir zamanı narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən Zaur Əkbərov və Ramil Abızadə Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Onlardan 5 kiloqram 650 qram marixuana və 60 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər