Zaqatalada 61 yaşlı qadını avtomobil vurub
Hadisə
37
08:40, Bu gün

Zaqatalada 61 yaşlı qadını avtomobil vurub

Zaqatala şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, hadisə ötən gün saat 22 radələrində şəhər ərazisində qeydə alınıb.

Rayon sakini, 34 yaşlı Səməd Maarif oğlu Ramazanovun idarə etdiyi “Toyota” markalı, 62 BJ 501 dövlət nömrə nişanlı minik avtomobili piyada – 1965-ci il təvəllüdlü, Zaqatala şəhər sakini Gülarə Siyavuş qızı Atalovanı vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan G. Atalova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusunun 2-ci Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər