Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB
Hadisə
151
08:55, Bu gün

Azərbaycanda zəlzələ oldu - YENİLƏNİB

Səhər saatlarında Şamaxıda daha bir zəlzələ olub.

Moderator.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 08:31-də Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Maqnitudası 3 olan yeraltı təkanlar hiss olunmayıb.

Şamaxıda son 24 saatda yeddinci zəlzələ qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, ötən gün üç zəlzələ qeydə alınıb. Bu gün isə yerli vaxtla saat 00:36, 02:01, 03:38 və 06:34-də yeraltı təkanlar baş verib.

Zəlzələlərin maqnitudası 3-3.8 arasında dəyişib.

Sonuncu yeraltı təkanın episentri Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Şamaxı silkələnməkdə davam edir - SƏKKİZİNCİ ZƏLZƏLƏ OLDU

Şamaxıda növbəti dəfə zəlzələ qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin maqnitudası 3.6 olub.

Yeraltı təkanın ocağı 14 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, ötən gün Şamaxı rayonunda üç dəfə zəlzələ olub.

Azərbaycanda zəlzələ oldu

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər