Güclü külək bəzi ərazilərdə fəsadlara səbəb oldu - VİDEO
Hadisə
26
21:15, Bu gün

Güclü külək bəzi ərazilərdə fəsadlara səbəb oldu - VİDEO

Ölkə ərazisində davam edən güclü külək qərb regionunda, eləcə də Goranboyda bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaradıb.

Bu barədə Moderator.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, buna səbəb güclü küləyin təsiri ilə irigövdəli ağacların qırılaraq elektrik xətlərinin üzərinə aşması və nəticədə qəzaların yaranması olub. Küləyin şiddəti, eləcə də aşan ağacların ərazidən təmizlənməsi "Azərişıq" əməkdaşlarına əlavə problem yaradıb.

Məlumatda qeyd olunub ki, çətinliklərə baxmayaraq əməkdaşlar qəzanı aradan qaldırmaq üçün işlərini davam etdirirlər:

"Artıq bir çox yaşayış məntəqələrində enerjinin verilişi təmin olunub. Qısa zaman ərzində digər ərazilərdə də elektrik enerjisi bərpa ediləcək".

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər