Ginnesin Rekordlar Kitabına düşən lənkəranlının dənizdə meyiti tapılıb - YENİLƏNİB
Hadisə
148
18:01, Bu gün

Ginnesin Rekordlar Kitabına düşən lənkəranlının dənizdə meyiti tapılıb - YENİLƏNİB

Ginnesin Rekordlar Kitabına düşən Lənkəran sakinin dənizdə meyiti tapılıb.

Moderator.az APA-ya istinadən xəbər verir ki, meyiti tapılan şəxsin Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini Ələkgər Həsənzadə olduğu müəyyən edilib.

Qeyd edək ki, Ələsgər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. O, yeddi yaşında olarkən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əllərini ayaqlarına tərəf (buna idman termini ilə “press” deyirlər) 3 min dəfə çatdıraraq dünya rekordunu təzələyib.

Ələsgər Həsənzadə dünyada Ginnesin Rekordlar Kitabına düşən ilk azyaşlı olub. Balaca idmançı qızıl medal və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib.

O, həmçinin, Ginnesin Rekordlar Kitabında fəxri üzv kimi qeydə alınıb.

17.42

Lənkəranda dənizdə meyit tapılıb.

Moderator.az-ın verdiyi xəbərə görə, meyiti tapılan şəxsin Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini Ələsgər Həsənzadə olduğu müəyyən edilib.

Ə.Həsənzadənin ölümünün səbəbləri araşdırılır.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər