Polis marketlərdən oğurluq edən şəxsləri saxlayıb
Hadisə
42
20:30, Bu gün

Polis marketlərdən oğurluq edən şəxsləri saxlayıb

Xəzər və Nərimanov rayonları ərazisində yerləşən marketlərdən oğurluq edilib.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı E. Qədirov və 39 yaşlı R. Gözəlov müəyyən edilərək saxlanılıblar.

Onların müştəri qismində daxil olduqları marketlərdən spirtli içki və tütün məmulatları oğurlayaq satdıqları məlum olub.

Saxlanılanlardan E. Qədirovun ictimai nəqliyyatda olan zaman bir qadına məxsus pul kisəsini taladığı da məlum olub.

Faktlarla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər