Bakıda səfirliyi yandıracağı ilə bağlı yalan məlumat verən şəxsin məhkəmə prosesi keçirilib
Hadisə
93
18:50, Bu gün

Bakıda səfirliyi yandıracağı ilə bağlı yalan məlumat verən şəxsin məhkəmə prosesi keçirilib

Bakıda İsrail səfirliyini yandırmaqla bağlı polisə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Ulfan Əliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

Moderator.az "Pravda"ya istinadla xəbər verir ki, hazırda şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılır.

İttihama görə, 1990-cı il təvəllüdlü Ulfan Əliyev 2025-ci ilin yanvarında Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək İsrail səfirliyini yandıracağını, polis idarəsinə bomba qoyacağını söyləyib.

O, zəng zamanı səfirliyin qarşısında 20 metr məsafədə dayanaraq "əlinə lopa alıb" səfiri yandıracağını deyib.

Ulfan Əliyevə qarşı Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə yekun ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ulfan Əliyevə beş il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər