FHN-in sabiq vəzifəli şəxsi AZADLIĞA BURAXILDI
Hadisə
113
16:55, Bu gün

FHN-in sabiq vəzifəli şəxsi AZADLIĞA BURAXILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) dələduzluq ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilən keçmiş əməkdaşı Elvin Babaşov barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.

Moderator.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, Xəzər Rayon Məhkəməsinin hakimi Elbəyi Allahverdiyev bununla bağlı qərar qəbul edib.

O, "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin qərarına əsasən bu addımı atıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində mühəndis-inspektor vəzifəsində çalışan Elvin Babaşov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham olunurdu.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər