Anasının qətlə yetirilməsinə kömək etməkdə təqsirləndirilən Kamil Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Moderator.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən Kamil Bağırova Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Hadisə 2024-cü ilin dekabr ayında Ağcabədidə baş verib. İttihama görə, 1982-ci il təvəllüdlü Afət Əsgərova kürəkəni, 1995-ci il təvəllüdlü Loğman Nəsibov tərəfindən qətlə yetirilib. Onun oğlu 2008-ci il təvəllüdlü Kamil Bağırov isə Loğman Nəsibova qətlin törədilməsində kömək edib.
Təqsirləndirilən Kamil Bağırova istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 32.5 120.2.4-cü maddələri ilə ittiham irəli sürülsə də, məhkəmə istintaqı zamanı əməl 32.5 120.1-ci maddələrə tövsif edilib.
Qətli törətməkdə təqsirli bilinən Loğman Nəsibovun cinayət işi ayrıca icraata ayrılıb.