Özünü TV əməkdaşı kimi qələmə verərək pul tələb edən şəxs saxlanılıb
Hadisə
56
16:20, Bu gün

Özünü TV əməkdaşı kimi qələmə verərək pul tələb edən şəxs saxlanılıb

Polis əməkdaşları tərəfindən tamah məqsədilə şantaj xarakterli, həqiqətə uyğun olmayan məlumatların qərəzli şəkildə yayılmasına qarşı tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Moderator.az-a verilən xəbərə görə, özünü ölkə ərazisində yayımlanan televiziya kanallarından birinin əməkdaşı kimi təqdim edərək müxtəlif müəssisə və obyektlərdən pul tələb edilməsi ilə bağlı daxil olan şikayətlər əsasında 34 yaşlı Şəhriyar Həsənzadə Lənkəran şəhəri ərazisində saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, o, müəssisə və təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını bildirib, həmin materialların televiziya və sosial şəbəkələrdə yayımlanmaması müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

Ş. Həsənzadənin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalar və digər tədbirlər davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər