Azərbaycanlı aktrisa:
Hadisə
49
13:04, Bu gün

Azərbaycanlı aktrisa: "Rusiyada dayımgilin evinə basqın edib hamını döyüblər, mənzili dağıdıblar"

Rusiyanın Rostov-Don şəhərində hüquq-mühafizə orqanlarının qüvvələri azərbaycanlı ailələrin yaşadığı mənzillərə basqın edib.
 
Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə aktrisa Ruhiyyə Yusifova məlumat verib.
 
Onun sözlərinə görə, gecə saatlarında bir qrup hərbi geyimli şəxs dayısı Mərdan Əskərovun yaşadığı evə daxil olub:
 
"Dayımın oğlunu heç bir günahı olmadan döyüblər, şok veriblər. Anasını, onun hamilə xanımını və iki övladını, dayımı tutub aparıblar. Evi dağıdıblar, hər şeyi sındırıblar. Daha sonra dayımın böyük oğlunun evinə giriblər, arvad-uşağı vurublar".
 
R.Yusifova əlavə edib ki, polis şöbəsinə aparılan qohumlarının telefonları əllərindən alınıb. Onların əksəriyyəti daha sonra oradan buraxılıb. Lakin dayısını hələ də polis şöbəsində saxlayırlar.
 
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə sorğu ünvanlanıb.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər