20:22
6°C
Bakı
Yevlaxda kafe yanıb, bir nəfər xəsarət alıb.
Bu barədə Moderator.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Aran qəsəbəsində ümumi sahəsi 230 m² olan kafenin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.