Oğuzda avtomobil işıq dirəyinə çırpıldı - Xəsarət alanlar var
Hadisə
125
10:20, Bu gün

Oğuzda avtomobil işıq dirəyinə çırpıldı - Xəsarət alanlar var

Gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonunun Bayan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, hadisə nəticəsində VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
 
Nəticədə sürücü, 23 yaşlı Səddam Allahverdiyev, sərnişinləri - 24 yaşlı Cəmil Şərifli və 25 yaşlı Okan Həmidli xəsarət alıblar.
 
Faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər