Gəncədə 27 yaşlı gənc tüstüdən zəhərləndi
Hadisə
164
08:05, Bu gün

Gəncədə 27 yaşlı gənc tüstüdən zəhərləndi

Gəncədə zəhərlənmə hadisəsi qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, şəhər sakini, 1999-cu il təvəllüdlü R. Ələsgərov tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.
 
Məlumata əsasən, 27 yaşlı gənc ocaq tüstüsündən zəhərlənib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər