Astarada 10 kq narkotik aşkarlanıb
Hadisə
188
16:35, Bu gün

Astarada 10 kq narkotik aşkarlanıb

Ölkə ərazisinə külli miqdarda narkotik vasitələrin gətirilməsi və ayrı-ayrı ünvanlara çatdırılmasına qarşı polis əməkdaşları sərhədçilərlə birlikdə əməliyyat keçiriblər.

Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Astara rayonunda keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş 35 yaşlı Ceyhun Hüseynov və 30 yaşlı Nəcibə Şahvələdova saxlanılıblar.

Həmin şəxslərdən ölkə ərazisinə əvvəlcədən sövdələşmə əsasında İranda yaşayan narkotacir tərəfindən göndərilən 10 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər