Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni dələduzluqda ittiham olunur
Hadisə
249
16:25, Bu gün

Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni dələduzluqda ittiham olunur

Özünü mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən Rüfət Qasımzadə vətəndaşa qarşı dələduzluqda ittiham olunur.

Moderator.az APA-ya istinadla xəbər verir ki, bu barədə zərərçəkmiş Elşən Mahmudbəyli sosial şəbəkə hesabında videomüraciət yayıb. O, Rüfət Qasımzadə, Boran Qasımzadə, Məmməd Məmmədzadə adlı şəxslərlə birlikdə qızıl biznesi ilə məşğul olduğunu bildirib. Onun sözlərinə görə, həmin şəxslər ondan 50 min dollar alaraq vədlər veriblər:

"Bir müddət sonra verilən vədlərin yalan olduğu məlum olub. Rüfət Qasımzadə mənə bildirib ki, Türkiyədə hava limanında beş kiloqram qızılı gömrükdə saxlanılıb. Lakin borcu ödəyəcək. Məsələ ilə bağlı Xalq artisti Ramiz Əzizbəylinin qızları ilə də söhbət etdim. Onlar da ziyanın ödəniləcəyini desələr də, ziyan ödənilməyib".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, müraciət üzrə Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır:

"Araşdırmalarla tərəflər arasında yaranan mübahisə ilə bağlı müvafiq prosessual tədbirlərin icrası təmin olunacaq".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər