44 yaşlı kişinin meyiti işlədiyi fermadan tapıldı
Hadisə
470
22 Feb 2026 | 21:59

44 yaşlı kişinin meyiti işlədiyi fermadan tapıldı

Ağstafada fermada kişi meyiti aşkarlanıb.

Moderator.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Poylu qəsəbəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1982-ci il təvəllüdlü F. Vəliyevin meyiti çoban işlədiyi fermada tapılıb.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər