Cəlilabadda iki mərtəbəli ev yandı
Hadisə
269
20:22, Bu gün

Cəlilabadda iki mərtəbəli ev yandı

Cəlilabad rayonunun Buravar kəndində iki mərtəbəli yaşayış evi yanıb.
 
Moderator.az xəbər verir ki, kənd sakini Abdullayev Amil Əliağa oğluna məxsus iki mərtəbəli evdə başlayan yanğın qısa müddətdə bütün otaqlara yayılıb.
 
Hadisə yerinə canlı qüvvə və texnika cəlb olunub.
 
Yanğınsöndürənlərin səylərinə baxmayaraq, ev tamamilə yanaraq yararsız hala düşüb.
 
İlkin ehtimala görə, yanğın elektrik naqillərində baş verən qısaqapanma nəticəsində yaranıb.
 
Hadisə zamanı ev sahibi ailəsi ilə birlikdə qardaşıgilə qonaq getdiyi üçün xəsarət alan olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər