Xaçmazda
Hadisə
259
20 Feb 2026 | 23:20

Xaçmazda "Mercedes" 14 yaşlı yeniyetməni vurdu

Fevralın 20-si saat 16:30-da piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az xəbər verir ki, Gəndov-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində rayonun Ləcət kənd sakini 22 yaşlı P.Ağayev idarə etdiyi "Mercedes" markalı avtomobillə 14 yaşlı E.Ağabalayevi vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Fakta bağlı araşdırma aparılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər