Azərbaycanda ticarət mərkəzində DAVA: Həbs edilənlər var
Hadisə
195
21:30, Bu gün

Azərbaycanda ticarət mərkəzində DAVA: Həbs edilənlər var

Astara şəhərinin Park-Bulvar ərazisində abadlıq işləri aparan işçilər həbs ediliblər.

Moderator.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, saxlanılan şəxslər DOST MMC-də fəhlə kimi çalışan şəxslərdir.

1990 və 1995-ci il təvəllüdlü Astara rayon sakinləri Park-Bulvar ərazisində abadlıq işləri apararkən aralarında iş bölgüsü ilə bağlı mübahisə yaranıb. Mübahisə daha sonra davaya çevrilib. Onlar həmin ərazidə bir-birilərinə qarşı nalayiq ifadələr işlədiblər.

Hər iki şəxs barəsində ayrı-ayrılıqda İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri üzrə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.

Məhkəmənin qərarı ilə fəhlələrdən biri 15, digəri isə 5 sutka müddətinə inzibati qaydada həbs olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər