Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı
Hadisə
177
17:40, Bu gün

Ağcabədidə qanunsuz fəaliyyət göstərən pendir sexi aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonunun Pərioğullar kəndində fəaliyyət göstərən pendir sexində yoxlama aparıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Moderator.az-a verilən məlumata görə, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən və müvafiq dövlət reyestrindən çıxarışı olmadan fəaliyyət göstərdiyi, həmçinin emal prosesində ciddi uyğunsuzluqlar aşkarlanıb.

"Saçaq pendiri"nin hazırlanmasında istifadə olunan suyun filtrdən keçirilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, avadanlıqların təmizlənmədiyi və digər tələblərin pozulduğu müəyyən edilib.

Sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər