22:26
9°C
Bakı
Yevlax rayonunda meşəlik ərazidə yanğın başlayıb.
Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, yanğın Bərdə-Yevlax yolunun Malbinəsi kəndi ərazisindən keçən hissəsində başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən əməkdaşları cəlb ediliblər. Hazırda küləkli hava yanğının söndürülməsi işlərini çətinləşdirir.
Baş verən yanğın avtomobil yolunda sürücülərə də çətin anlar yaşadır.
Hazırda yanğın və yanğınsöndürmə əməliyyatları davam etdirilir.