Rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari polisə çağırılıb
Hadisə
547
19:35, Bu gün

Rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari polisə çağırılıb

Rejissor Kənan Mahmudov və yazıçı Orxan Saffari Polis İdarəsinə dəvət olunub.

Moderator.az-ın xəbərinə görə, onlar bu gün Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə çağırılıblar. Hazırda onların ifadələri alınır.

Xatırladaq ki, ötən gün Kənan Mahmudovla Orxan Saffari arasında sosial şəbəkədə mübahisə yaranıb. Buna səbəb Orxan Saffarinin Kənan Mahmudov barəsində paylaşdığı tənqidi yazı olub. Bundan sonra Kənan Mahmudov yazıçınıın haqqında təhqiramiz ifadələr işlədib.

Link kopyalandı!
Son xəbərlər