18:58
8°C
Bakı
2026-cı il fevralın 18-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə kollegiya məlumat yayıb.
Bildirilib ki, iclas zamanı Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verdikləri intizam pozuntularına görə bir vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, bir vəkilə xəbərdarlıq tətbiq edilib, bir vəkil isə cərimələnib.
Qeyd edilib ki, sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul olunub.