Beş milyonluq qaçaqmalçılıq: Ruslan Eyyubovun həbs müddəti uzadıldı
Hadisə
199
16:40, Bu gün

Beş milyonluq qaçaqmalçılıq: Ruslan Eyyubovun həbs müddəti uzadıldı

Siqaret qaçaqmalçılığı ilə bağlı başlanmış cinayət işi üzrə həbs edilən "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin rəhbəri Ruslan Eyyubovun həbs müddəti uzadılıb.

Moderator.az APA-ya istinadən xəbər verir ki, onunla bağlı qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanı tərəfindən verilən təqdimata Binəqədi Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, təqsirləndirilən Ruslan Eyyubovun barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Link kopyalandı!
Son xəbərlər