Bizi sosial şəbəkələrdən izləyin:
Fevralın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində istehsalat qəzası baş verib.
Bu barədə Moderator.az-a Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.